AZ

Tramp Ukrayna müharibəsi üzrə xüsusi elçi təyin edə bilər – Riçard Qrenell kimdir?

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp keçmiş kəşfiyyat rəhbəri Riçard Qrenelli Ukraynadakı müharibə üzrə xüsusi elçi təyin edə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə dörd məlumatlı mənbəyə istinadla “Reuters” agentliyi məlumat yayıb.

Trampın ilk dövründə Qrenell ABŞ-nin Almaniyadakı səfiri və Serbiya-Kosovo sülh danışıqlarında prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. 2024-cü ilin yayında Qrenell müharibəni dayandırmaq üçün Ukraynada “muxtar zonalar” yaradılması ideyasını müdafiə edib. O, həmçinin bildirib ki, Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil olmasını dəstəkləmir.

Hazırda Ukraynada müharibə üzrə xüsusi nümayəndə vəzifəsi mövcud deyil. Trampın seçki kampaniyasının sözçüsü Caroline Leavitt bu vəzifənin yaradılması və ya Qrenellin ona təyin olunması ilə bağlı şərh verməkdən imtina edib. Əvvəllər ABŞ dövlət katibi vəzifəsinə əsas namizəd hesab edilən Qrenell özü də “Reuters”-in suallarını cavablandırmayıb.

“AzPolitika.info”

Seçilən
19
azpolitika.info

1Mənbələr