AZ

Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq

Bakının bu tələbini qəbul etməsək, Ermənistan dövlətçiliyini itirəcəyik, mənsə buna yol verə bilmərəm. Lazım olsa mən buni lap "balta" qayadası ilə həll edəcəyəm.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində deyib.

Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsi Ermənistan dövlətçiliyinə ciddi təhdidlər yaradır.
O hesab edir ki, Müstəqillik Bəyannaməsinin  məntiqi  nəticəsinə görə Ermənistan mövcud ola bilməz: "Biz yeni müstəqil dövlət yaradırıq,  amma digər tərəfdən isə  Azərbaycan və Türkiyə ilə münaqişə məntiqi ortaya qoyuruq.
O zaman belə bir sual ortaya çıxır. Biz  belə bir şəraitdə necə yaşamalıyıq? Bunun üçün bizə super sponsor lazımdır, başqa çıxış yolu yoxdur”.


Paşinyan əlavə edib ki, indi yenə məni  növbəti xəyanətdə ittiham edəcklər: "Amma bu gün elə bir statusdayam ki, xalqımızla danışmağa, səbəb-nəticə əlaqəsi, zəncir göstərməyə məcburam. Əgər bunu etməsəm, o zaman ölkəmizi qəsdən dövlətçiliyin itirilməsinə aparacağam, buna yol verə bilmərəm. Bu baxımdan lazım olarsa məsələni "balta" metodu ilə həll edəcəyəm".

Mürtəza
Ölkə.Az

Seçilən
8
1
olke.az

2Mənbələr