AZ

On ayda nə qədər şəxsə proaktiv qaydada pensiya təyin olunub? - Rəsmi

2024-cü ilin on ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 31mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.
Bu barədə Fonddan bildirilib. 

 Onların 68,53%-ni kişilər, 31,47%-ni isə qadınlar təşkil edib.

 

Son 6 ayda 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 124 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
 
Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
 Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

 
2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. 
 
Gülnar Nazimqızı
www.anews.az
Seçilən
5
1
anews.az

2Mənbələr