AZ

Azərbaycanda Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla başa çatdı

Bakı. Trend:

Ölkənin lider mobil operatoru davamlılıq vəinnovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştiraketdi.

13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nindəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurlayekunlaşdı. İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərinönəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumlarıvə qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini biraraya gətirməyə müvəffəq oldu. Forum iqlim problemlərinin həlli,davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçüneffektiv platforma rolunu oynadı.

Forumun əsas sessiyalarının birində Azercell-in Hüquq və DataStrategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak etdi. Davamlıİnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilənsessiyada Ş. Əliyeva Azercell-in ESG strategiyası haqqındadanışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd vənailiyyətlərini vurğuladı. Şirin Əliyeva Azercell-in bərpa olunanenerji mənbələrindən istifadəyə və enerji səmərəliliyininartırılmasına yönəlmiş layihələri barədə məlumat verdi.

Ş. Əliyeva Azercell-in 2017-ci ildən iqlim dəyişikliyinə dairtədbirlər gördüyünü və ölkə ərazində yaşıl texnologiyalarıntətbiqinə başladığını bildirdi. Təkcə Qarabağda lider mobiloperatorun 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyi vəonların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabınaqarşılandığı qeyd edildi. Eyni zamanda, Şirin xanım bazastansiyalarının enerji istehlakını optimallaşdıran proqram təminatıvasitəsilə resurslardan səmərəli istifadənin təmin edildiyini dəvurğuladı.

Şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin QlobalSazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəaliştirakı da qeyd olundu. Bildirildi ki, bununla Azercell digərbazar iştirakçılarını da ətraf mühitə dair öhdəliklərini artırmağatəşviq edir.

Azercell-in sosial məsuliyyət təşəbbüslərinə də xüsusi diqqətyetirildi. Şirkətin yaşıl ofis siyasəti və tullantıların idarəedilməsi təşəbbüsləri vurğulandı, 2022-2023-cü illər arasındaşirkətin su istehlakını 27% azaltmağa nail olduğu bildirildi.Bundan əlavə, Azercell-in qadın və uşaqların müdafiəsi, onlarıncəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş təşəbbüslərigündəmə gətirildi. Bu çərçivədə “Qadın Qaynar Xətti” və “UşaqQaynar Xətti” kimi sosial əhəmiyyətli proqramlar və CüdoFederasiyası ilə tərəfdaşlıq layihələri haqqında məlumatverildi.

Forumda dinamik panel müzakirələri, interaktiv dialoqlar, əsasçıxışlar, eləcə də qlobal iqlim və sənaye liderləri ilə canlımübadilələr yer aldı. Tədbir iştirakçıları təbiətə müsbət təsiredən, karbonsuz iqtisadiyyata keçidi sürətləndirəcək strategiyalarıpaylaşdılar.

Azercell-in forumda fəal iştirakı şirkətin innovasiya vətexnologiyalar vasitəsilə qlobal iqlim fəaliyyətinə təkan verməyəsadiq olduğunu bir daha nümayiş etdirdi.

Seçilən
30
14
az.trend.az

10Mənbələr