Rusiyanın yeni “Oreşnik” raketi Londona 16-17, Berlinə 11-12, Parisə isə 15-16 dəqiqəyə çata bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti infoqrafika dərc edib.
Nəşrin bildirdiyinə görə, “Oreşnik” 11-17 dəqiqəyə Avropanın bütün əsas mərkəzlərinə çata bilər.
Qeyd edək ki, noyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə “Oreşnik” raketlərinin uğurla sınaqdan keçirildiyini və heç bir dövlətdə bu cür silahın olmadığını bildirmişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta