AZ

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 milyard 192,4 milyon manat olub.

Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,3 % çoxdur. 

10 ay ərzində təkcə hüquqi şəxslər əhaliyə 7 milyard 687 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 %-ini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 999,2 manatlıq və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 104 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Seçilən
16
9
fed.az

10Mənbələr