Bakı. Trend:
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsindəYeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 32-ci ildönümümünasibətilə ağacəkmə aksiyası keçirilib.
Trend xəbərverir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumatyayıb.
Bildirilib ki, ekoloji aksiya “Xanoba” və “Samur” sərhəd-keçidməntəqələri arasındakı avtomobil yolunun kənarında təşkilolunub.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri MəhəmmədBalaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar magistral yolun kənarına yerli iqlim şəraitinəuyğun gələn şam ağacları əkiblər. Həmçinin əvvəl əkilən ağaclaraaqro-texniki qulluq göstərilib, suvarılması təmin edilib.
Aksiyanın məqsədi yaşıllıq zolaqlarını genişləndirmək, rayonunekoloji tarazlığına tövhə vermək və insanlar arasında təbiətə qayğıhissini təbliğ etməkdir.