AZ

Harri Keyn Holandı geridə qoydu - Rekord

Almaniya Bundesliqasının 11-ci turun "Auqsburq"la qarşılaşan "Bayern Münhen" rəqibini 3:0 hesabı ilə yenib. 

Fanat.Az xəbər verir ki, münhenlilərin hücumçusu Harri Keyn het-trik müəllifi olmaqla yanaşı, yeni rekord müəyyənləşdirib. 

O, Bundesliqa oyunlarında cəmi 43 matçda 50 qol vurub. Bununla da Keyn Erlin Holandın vaxtilə "Borussiya Dortmund"un heyətindəki göstəricisini geridə qoyub. Holand 50 qol hədəfinə 50 oyunda çatmışdısa, ingilis hücumçu bi qədər qolu daha sürətli vuraraq yeni liqa rekordu reallaşdırıb.

"Bayern" 11 matçdan sonra 29 xalla Bundesliqanın turnir cədvəlinə inamla başçılıq edir. Münhenlilər növbəti turda - noyabrın 30-da məhz Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Mirağa

Seçilən
1
fanat.az

1Mənbələr