AZ

Qəzalı vəziyyətdə olan binanın sakinləri həyatlarına görə NARAHATDIRLAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Pirallahı rayonunda yerləşən Yavər Əliyev küçəsi, 36 saylı evin sakinləri yaşadıqları binanın uzun müddətdir ki, qəzalı vəziyyətdə olması ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Sakinlərin Oxu.Az-a ünvanladıqları şikayət məktubunda bildirilir ki, bina yaşamaq üçün yararsız hala gəlib və hər an uçmaq təhlükəsi var.
"Burada yaşamaq həyat üçün təhlükə yaradır. Binanın daşıyıcı divarlarında çatlar var, dam sızır, pilləkan qəzalı vəziyyətdədir, evin içərisində konstruksiyalar deformasiyaya uğrayıb. Bu, sakinlərə təhlükə yaradır və ciddi fəsadlara səbəb ola bilər. 2024-сü ilin sentyabr ayında yerli orqanlar tərəfindən evin təmir işləri başlanılsa da, iş evin yalnız iki tərəfinin boyanması ilə yekunlaşdı. Başqa heç bir əlavə iş və dəyişiklik edilmədi", - deyə şikayət məktubunda yazılır.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən fakt təsdiqlənib.
Qeyd olunub ki, sözügedən yaşayış sahəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən, qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahısındadır.
"Dövlət proqramları çərçivəsində rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmənzilli binaların tikilməsi və həmin sakinlərin köçürülməsi məsələsinə müvafiq qaydada baxılacaq", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Seçilən
12
2
oxu.az

3Mənbələr