AZ

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması qaydası təsdiqləndi

Bakı. Trend:

Azərbaycan Respublikasında sektorlar üzrə strateji planlarınhazırlanması Qaydası təsdiqlənib.

Trend xəbər verir ki, bununlabağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Maliyyə Nazirliyi bu qərarın tətbiqi ilə bağlı müvafiq sektorlarüzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habeləhəmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrəbüdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı vəmonitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işintəşkilinin təmin edilməsi məqsədilə “Sektorlar üzrə stratejiplanların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ıAzərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üçay müddətində təsdiq etməli, bu qərardan irəli gələn digərməsələləri həll etməlidir.

Azərbaycan Respublikasında sektorlar üzrə stratejiplanların hazırlanması qaydası

Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətlixərclər çərçivəsinin hazırlanması Qaydası”nın 5.7-ci bəndinə əsasənhazırlanmışdır və Azərbaycan Respublikasında sektorlar üzrəstrateji planların hazırlanmasının ümumi normalarını müəyyənedir.

Bu Qaydanın məqsədi sektorlar üzrə strateji planlarınhazırlanması prosesinin əsas mərhələlərini, həmin planlarınstrukturunu, onların icrası üzrə hesabatlılığı və monitorinqimüəyyən etməkdir.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan RespublikasıPrezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanmasıQaydası”nda və digər normativ hüquqi aktlarla müəyyən edilmişmənaları ifadə edir.

Sektor üzrə strateji planın strukturu

Sektor üzrə strateji plan strateji və risk təhlillərininnəticələri əsasında hazırlanan sektor üzrə ortamüddətli stratejisiyasətdən və sektor üzrə icmallaşdırılmış büdcə planındanibarətdir.

Strateji təhlildə ortamüddətli dövrdə sektorun mövcud inkişafsəviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xariciamillər nəzərə alınır. Daxili amillərə idarəetmənin vəziyyəti,resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki vəməlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digəramillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət,demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait vəqanunvericilik üzrə dəyişikliklər aid edilir.

Risk təhlilində sektor üzrə aparıcı qurum tərəfindən sektorqarşısında ortamüddətli dövrdə yarana biləcək, habelə sektor üzrəortamüddətli hədəflərə nail olunmasına və maliyyə göstəricilərinətəsir edə biləcək risklər müəyyən edilir və onların qarşısınınalınması (mitiqasiyası) və ya həmin təsirlərə uyğunlaşmanın(adaptasiyanın) təmin edilməsi üçün zəruri olan tədbirlər əksolunur.

Strateji və risk təhlillərinin nəticələri əsasında sektor üzrəaparıcı qurum tərəfindən hazırlanan sektor üzrə ortamüddətlistrateji siyasət Azərbaycan Respublikası Prezidentinin aktları ilətəsdiq edilmiş sənədlərdə göstərilən qısa, orta və uzunmüddətlihədəflər, milli prioritetlər və ölkənin sosial-iqtisadi inkişafkonsepsiyası, eləcə də ortamüddətli büdcə çərçivəsi nəzərəalınmaqla müəyyən edilmiş sektor üzrə ortamüddətli strateji məqsədvə hədəfləri, həmin məqsəd və hədəflərə nail olmaq üçünortamüddətli dövrdə həyata keçiriləcək proqramların (o cümlədənaltproqramların) və tədbirlərin istiqamətlərini, həmin proqramlarüzrə ortamüddətli dövrün hər ilinin sonuna gözlənilən nəticələri,habelə sektorda fəaliyyəti olan təşkilatlara aparıcı qurumuntövsiyələrini özündə əks etdirir.

Sektor üzrə icmallaşdırılmış büdcə planı sektorda fəaliyyətiolan təşkilatların (o cümlədən aparıcı qurumun) icrasına məsulolduqları tədbirləri (layihələri), onların nəticə göstəricilərinivə həmin göstəricilərə uyğun ortamüddətli dövr üzrə hər ilinsonunda əldə edilməsi hədəflənən nəticələri, habelə tədbirlərin(layihələrin) təsnifləşdirildiyi proqramları (o cümlədənaltproqramları) ehtiva edir.

Sektor üzrə strateji planın hazırlanması

Sektor üzrə aparıcı qurum strateji və risk təhlilləri əsasındasektor üzrə ortamüddətli strateji siyasətini, o cümlədəninvestisiyayönümlü layihələrə dair təkliflərini hazırlayır vəAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra –İqtisadiyyat Nazirliyi) ilə razılaşdırmaqla cari il mayın 1-dəkhəmin sektorda fəaliyyəti olan təşkilatları məlumatlandırır, yaxudöz rəsmi internet səhifəsində dərc edir. Qaydada qeyd olunanstrateji sənədlərdə və ya sosial-iqtisadi inkişaf konsepsiyasındadəyişiklik olduğu hallarda sektor üzrə aparıcı qurum sektor üzrəortamüddətli strateji siyasətində dəyişikliklər edir.

Sektorda fəaliyyəti olan təşkilatlar həmin sektor üzrəortamüddətli strateji siyasət nəzərə alınmaqla icrasına məsulolduqları büdcə planlarını Azərbaycan Respublikası MaliyyəNazirliyinin (bundan sonra – Maliyyə Nazirliyi) “Sektorlar üzrəstrateji planların və büdcə planlarının tərtibinə dair metodolojiTəlimat”ına (bundan sonra – Təlimat) uyğun tərtib edərək cari iliyulun 1-dək sektor üzrə aparıcı quruma təqdim edirlər.

Sektorda fəaliyyəti olan təşkilatlar (sektor üzrə aparıcı qurumdaxil olmaqla) sektor üzrə həyata keçirilən proqramlara dairortamüddətli dövr üçün müəyyən edilmiş strateji məqsəd vəhədəflərə, o cümlədən altproqramlar üzrə müəyyən edildiyi təqdirdəaralıq hədəflərə nail olunması üçün bu Qaydada qeyd olunan Təlimatauyğun olaraq icrasına məsul olduqları tədbirlərin (layihələrin)maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərə dair büdcə (ocümlədən yeni siyasət təşəbbüsləri üzrə) sifarişlərini maliyyələşməmənbələri göstərilməklə hazırlayır, habelə tədbirlərin nəticələriniölçməyə imkan verən nəticə göstəricilərini müəyyən etməklə hər ilüçün əldə olunması hədəflənən nəticələri öz büdcə planlarında qeydedirlər.

Sektor üzrə aparıcı qurum həmin sektorda fəaliyyəti olantəşkilatlar tərəfindən Təlimata uyğun hazırlanmış və təqdim olunmuşbüdcə planlarını icmallaşdıraraq bu Qaydaya uyğun sektor üzrəstrateji planı tərtib edir və cari il avqustun 1-dək MaliyyəNazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim edir.

Sektor üzrə strateji planda sektor üzrə aparıcı qurum tərəfindənmüəyyən edilmiş hər bir proqram (o cümlədən altproqram) müəyyəntədbir və layihələrdən ibarət olan büdcə planı əsasında həyatakeçirilir. Büdcə planı çərçivəsində icra olunan tədbir və layihələrüzrə nəticə göstəriciləri ölçülə bilən və real vəziyyəti əksetdirən meyarlar əsasında müəyyən edilir və müvafiq proqram(altproqram) üzrə müəyyən edilən strateji məqsədə və ya hədəfə(aralıq hədəfə) nail olunmasını təmin edir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun18.4-cü və 23-cü maddələrinə əsasən müvafiq olaraq cari il üçüntəsdiq edilmiş büdcə ayırmaları həddində büdcə təsnifatına uyğundövlət büdcəsinin xərcləri arasında yerdəyişmə və ya cari ilindövlət büdcəsinə, habelə müvafiq sektorun fəaliyyətini tənzimləyənqanunvericilik aktlarında dəyişikliklər edildikdə, həmçinin sektordaxilində büdcə vəsaitinin tədbirlər (layihələr) arasındayerdəyişməsi baş verdikdə, eləcə də sektorun ehtiyat vəsaitindən vəya dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondlarınınvəsaitlərindən tədbirlərin (layihələrin) icrası üçün əlavə büdcəvəsaitləri ayrıldıqda, sektor üzrə aparıcı qurum sektordafəaliyyəti olan təşkilatların rəyləri nəzərə alınmaqla və MaliyyəNazirliyi ilə razılaşdırmaqla sektor üzrə strateji plana müvafiqdəyişikliklər edir.

Maliyyə Nazirliyi müvafiq sektorlarda fəaliyyəti olantəşkilatlardan, o cümlədən sektorlar üzrə aparıcı qurumlardan əlavəməlumat, sənəd və izahatlar da tələb edə bilər.

Maliyyə Nazirliyi sektorlar üzrə strateji planları cari ilsentyabrın 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına(bundan sonra – İqtisadi Şura), sentyabrın 15-dək İqtisadi Şuranıntəklif və tövsiyələri nəzərə alınmaqla Azərbaycan RespublikasınınNazirlər Kabinetinə (bundan sonra – Nazirlər Kabineti) təqdimedir.

Monitorinq və hesabatlılıq

Monitorinq və hesabatlılığın əsas məqsədləri sektorlar üzrəstrateji planların icrası üzrə hesabatın və büdcə planlarınınmonitorinqinin nəticələrinin hazırlanması və təqdim edilməsi,habelə sektorlar üzrə strateji planlara daxil olan proqramların(altproqramların) həyata keçirilməsi və tədbirlərin (layihələrin)icrasında yaranmış problemləri, o cümlədən gözlənilən nəticələrə vəya hədəflərə (aralıq hədəflərə) nail olunmamasının səbəblərinitəhlil etmək, onların həlli üçün zəruri tədbirlər görmək vətövsiyələr verməkdən ibarətdir.

Sektor üzrə aparıcı qurum sektor üzrə strateji plana daxil olanproqramlara (altproqramlara) dair müəyyən edilən məqsəd vəhədəflərə (o cümlədən aralıq hədəflərə) nail olunmasına məsuldur vəbu məqsədlə sektorda fəaliyyəti olan təşkilatların büdcəplanlarının icrasına nəzarət edir.

Sektor üzrə aparıcı qurum bu Qaydada göstərilən tələblər yerinəyetirilmədiyi hallarda sektorda fəaliyyəti olan təşkilatlara aşkaredilmiş nöqsanların aradan qaldırılması, eləcə də fəaliyyətinsektor üzrə ortamüddətli strateji siyasətə uyğun təkmilləşdirilməsiilə bağlı zəruri tədbirlərin görülməsi barədə tövsiyələr verəbilər.

Sektorda fəaliyyəti olan təşkilat (sektor üzrə aparıcı qurumdaxil olmaqla) hazırladığı sektor üzrə büdcə planına daxil olantədbirlərin (layihələrin) icrasına, həmin tədbirlər (layihələr)üzrə müəyyən edilmiş nəticə göstəricilərinə uyğun ortamüddətlidövrdə əldə edilməsi hədəflənən nəticələrə nail olunmasınaməsuldur.

Sektorda fəaliyyəti olan təşkilat büdcə planının ötən il üzrəicrası barədə məlumatları Təlimatla müəyyən edilmiş qaydada cari ilmartın 1-dək həmin sektor üzrə aparıcı quruma təqdim edir.

Sektor üzrə aparıcı qurum sektor üzrə strateji plan çərçivəsindəötən il ərzində həyata keçirilən proqramlara (altproqramlara) dairmüəyyən edilmiş hədəflərə (aralıq hədəflərə) nailolma səviyyəsiniəks etdirən məlumatları İqtisadiyyat Nazirliyinə və MaliyyəNazirliyinə, sektor üzrə icmallaşdırılmış büdcə planının ötən ilüzrə icrası barədə məlumatları isə Təlimatla müəyyən edilmişqaydada Maliyyə Nazirliyinə cari il aprelin 1-dək təqdim edir.

Maliyyə Nazirliyi tərəfindən sektorlar üzrə icmallaşdırılmışbüdcə planlarının ötən il icrasının monitorinqi aparılan zaman,habelə bu Qaydada göstərilən tələblərin yerinə yetirilmədiyi və buQaydada göstərilənlər təmin olunmadığı hallarda aidiyyəti təşkilattərəfindən əsaslandırıcı və izahedici sənədlər sorğuya əsasənMaliyyə Nazirliyinə təqdim edilir.

Sektor üzrə aparıcı qurum sektor üzrə strateji planın ötən ilüzrə icrası barədə hesabatı Təlimatla müəyyən edilmiş qaydada cariil iyulun 15-dək İqtisadi Şuraya, iyulun 30- dək İqtisadi Şuranıntəklif və tövsiyələri nəzərə alınmaqla Azərbaycan RespublikasınınNazirlər Kabinetinə təqdim edir və cari il avqustun 15-dək öz rəsmiinternet səhifəsində dərc edir.

Maliyyə Nazirliyi sektor üzrə icmallaşdırılmış büdcə planınınötən il icrası üzrə monitorinq nəticələrini (müvafiq sektordafəaliyyəti olan təşkilatlara, o cümlədən aparıcı quruma tövsiyələriilə birlikdə) cari il iyulun 15-dək İqtisadi Şuraya, iyulun 30-dəkİqtisadi Şuranın təklif və tövsiyələri nəzərə alınmaqla AzərbaycanRespublikasının Nazirlər Kabinetinə təqdim edir və cari il avqustun15-dək öz rəsmi internet səhifəsində dərc edir.

Seçilən
17
6
az.trend.az

10Mənbələr