AZ

Makron ölkə liderlərini təhqir etdi: Diplomatik SKANDAL- VİDEO

Çərşənbə günü Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammiti zamanı Fransa Prezidenti Emmanuel Makron Hairi rəhbərliyini təhqir edib.

 

Modern.az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, o, Haitinin hazırkı liderlərini "axmaq" adlandırıb.


Məlumata görə, Makron özünü və Fransanı “Haitidəki vəziyyətə görə məsuliyyət daşımaqda” ittiham edən bir haitilinin “israrlı” çağırışlarına cavab verib. “Açığını deyim ki, Haitini öldürən narkotik alverini sərbəst buraxan haitililərdir. Və orada onlar nə etdilər, baş nazir əla idi, mən onu müdafiə etdim, onu işdən çıxartdılar!. Bu dəhşətlidir. Mən onu əvəz edə bilmərəm. Onlar tamamilə axmaqdırlar, onlar onu heç vaxt çıxartmamalı idilər, Baş Nazir əla idi”, - Makron deyib. Fransa Prezidenti beş ay əvvəl Haitinin Prezident Keçid Şurası (CPT) tərəfindən təyin edilmiş hökumət başçısı Qarri Konilin noyabrın 10-da vəzifəsindən azad edilməsindən danışıb.  

 

Makronun bu çıxışı Fransa və Haiti arasında vəziyytin gərginləşməsinə səbəb olub. Onun sözləri Haiti rəhbərliyini qəzəbləndirib və Fransa səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Haitinin xarici işlər naziri Jan-Viktor Harvel Jan-Batist Fransa səfiri Antuan Mişonla şəxsən görüşüb, ona etiraz bildirilib və Makronun açıqlamasının qəbuledilməz olduğunu bildirib. Qeyd olunur ki, Makronun ifadələri yersiz və qeyri-dostdur.

 

Həmçinin, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barroya etiraz məktubu ünvanlanıb. Haiti mətbuatına görə, fransız diplomat söhbətin təəssüfedici ifadələrdən getdiyini etiraf edib.

Seçilən
12
1
modern.az

2Mənbələr