AZ

Ukrayna savaşı ilə bağlı MÜHÜM AÇIQLAMA: “Yalnız bu halda bitəcək”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı münaqişəyə necə son qoyulacağını açıqlayıb.

 

Sfera.az bildirir ki, bu barədə o, “Əl Ərəbiyyə” telekanalına müsahibəsində danışıb. Medvedev bu məsələdə NATO faktorunu vurğulayıb və qeyd edib ki, Ukrayna münaqişəsinə bəşəriyyət üçün yeni xərclər olmadan son qoymaq mümkündür.

 

“Hər şey NATO-dan asılıdır. Alyans münaqişənin tamhüquqlu iştirakçısıdır. Yəni NATO müharibə alovunu yandırmağı dayandırsa, Ukrayna münaqişəsinə son qoyula bilər”, - qurum rəsmisi bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Kiyevə Rusiyaya uzaqmənzilli raketlər atmağa icazə verib. Artıq Amerikanın “ATACMS” və Britaniyanın “Storm Shadow” raketləri ilə hücumlar reallaşıb.

 

Günay

Sfera.az

Seçilən
68
13
sfera.az

10Mənbələr