"Azernuts" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Zaqatala Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Xəyal Quliyev
Tarix: 23 Noyabr 2024, 12:05