AZ

İstanbulda azərbaycanlı 70 kq qızılla saxlanıldı –Səfirliyimizdə hərbi attaşenin köməkçisi olubmuş

İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kilo qızıl tapılıb.

Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı araşdırma davam edir.

Qeyd olunub ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.

Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.

Şübhəli şəxs M.G.Ş. taksidə olarkən saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil. Tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Həmin şəxs özünü diplomat kimi təqdim etsə də, onun XİN əməkdaşı olmadığı məlum olub.

Seçilən
1
50
heftelik.az

10Mənbələr