AZ

Yaponiya Baş nazirinin əmlakı açıqlanıb

Yaponiyanın Baş naziri Siqeru İsibanın şəxsi sərvəti 33,8 milyon yen - təxminən 218,2 min dollardır.

Xezerxeber.az xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin dərc etdiyi məlumata görə, Siqeru İsiba bu göstəriciyə görə hökumət üzvləri arasında 12-ci yerdə qərarlaşıb.

Baş nazirin aktivlərinin əksəriyyəti onun doğma prefekturasında yerləşən Tottori şəhərindəki daşınmaz əmlakdır. Həmçinin hökumət başçısının 5 milyon yen (təxminən 32,3 min dollar) bank depoziti, “Mitsubishi Heavy Industries” maşınqayırma korporasiyasında və “Tokyo Electric Power” elektrik enerjisi şirkətində payı var.

Baş nazir vəzifəsində İsibanın sələfi olan Fumio Kişida isə daşınmaz əmlak və bank depozitlərində daha çox aktivə malikdir. Onun ümumi sərvəti təxminən 186 milyon yen (1,2 milyon dollardan çox) təşkil edir.

Seçilən
43
1
xezerxeber.az

3Mənbələr