BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində, 21 noyabr 2024-cü il tarixində COP29 Sədrliyi tərəfindən “İqlim-təbiət əlaqəsinin əsasını təşkil edən Yerli Xalqlar və Yerli İcmaların ənənəvi bilikləri” mövzusunda yüksək səviyyəli tədbir təşkil edilib.
COP29 Sədrliyinin, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) təşkilatçılığı ilə keçirilən tədbirdə iqlim dəyişikliyi fonunda kritik ekosistemlərin və Yer kürəsinin qorunmasında yerli xalqların və icma liderlərinin ənənəvi biliklərinin həyati əhəmiyyəti mövzusunda müzakirələr aparılıb, təcrübələr və uğurlu təşəbbüslər paylaşılıb.
Tədbirdə IUCN-nin icraçı direktoru Grethel Aguiler, eyni zamanda Braziliya, Kolumbiya, Filippin, Finlandiya, Keniya, Panama və Niue ada dövlətinin yerli xalq nümayəndələri və ətraf mühit nazirliklərinin rəsmiləri tərəfindən çıxışlar edilərək, yerli xalqların iqlimlə əlaqəli problemlərinə diqqət çəkilib. Ekologiya.az