AZ

Ermənistanda deputatın oğluna qarşı ittihamlar: Sabiq rəhbər dindirilməyə çağırılıb

Ermənistan İstintaq Komitəsinin keçmiş sədri Arqişti Karamyan Antikorrupsiya Komitəsində dindirilməyə çağırılıb. Bu, hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Ovik Ağazaryanın oğlunun adının hallandığı bir işlə bağlıdır.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Karamyan bildirib ki, deputatın oğlu qanundakı boşluqlardan yararlanaraq ölkəyə çoxlu avtomobil idxal edib, daha sonra onları ixrac edərək ƏDV-nin geri qaytarılmasına nail olub.

Həmçinin qeyd olunub ki, bu işlə bağlı hüquq-mühafizə orqanları tərəfindən deputatın oğlunun avtomobilinə həbs qoyulub. Hazırda məsələ ilə bağlı istintaq davam edir.

Seçilən
28
musavat.com

1Mənbələr