AZ

Azərbaycan çempionatında 6 kateqoriya üzrə qaliblər bəlli olacaq

Noyabrın 25-də kişi və qadın idman gimnastikası üzrə Azərbaycan çempionatı və birinciliyi start götürəcək.

İdman.biz xəbər verir ki, 2 gün davam edəcək yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.

Yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparacaqlar.

İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.

İdman.biz

Seçilən
14
12
idman.biz

10Mənbələr