AZ

İlon Mask: Amerika iflasa doğru çox sürətlə irəliləyir...

Amerikalı sahibkar, Donald Trampın müttəfiqi İlon Musk bildirib ki, ölkə indi iflasa doğru çox sürətlə irəliləyir...

Poliqon xəbət verir ki, o, X sosial şəbəkəsində Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ölkə büdcəsi ilə bağlı vəziyyəti düzəltmək zərurətini bildirən yazısını belə şərh edib.

Departamentə görə, ABŞ-da sonuncu dəfə büdcə profisiti 2001-ci ildə olub. Qeyd edilir ki, ABŞ hökuməti 2023-cü maliyyə ilində altı trilyon dollardan çox xərcləyib, lakin cəmi 4,47 trilyon dollar toplayıb.

"Amerika indi iflasa doğru çox sürətlə irəliləyir", deyə Mask X sosial şəbəkəsində yazıb.

Bir müddət əvvəl ABŞ prezident seçkilərinin qalibi Donald Tramp İlon Mask və iş adamı Vivek Ramasvaminin yeni Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklərini açıqlamışdı. Mask daha əvvəl Trampın qalib gələcəyi təqdirdə ABŞ büdcə xərclərini ən azı iki trilyon dollar azaldacağına söz vermişdi.

Həmçinin bildirilir ki, Mask və Ramasvami Ukraynada fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatlarının maliyyəsini azaltmağı təklif edirlər. Onlar özəl sektorda başqa iş tapacağı vəd edilən məmurların sayını azaltmaq, həmçinin subsidiyaların həcmini, ictimai mediaya xərcləri azaltmaq, bir sıra federal qaydaları ləğv etmək və ölkənin qanunlarına dəyişiklik etmək istəyirlər.

Poliqon.info

Seçilən
23
2
poliqon.info

3Mənbələr