AZ

Türkiyədə qanunsuz silah gəzdirənlər dörd il həbs olunacaq

Bakı,TurkicWorld

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya 1 yanvar - 31 oktyabr tarixləri arasında polis və jandarma qruplarının əməliyyatları ilə ümumilikdə 90 min 317 silah ələ keçirildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Yerlikaya Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilən və odlu silahlara görə cəzaların artırılmasını ehtiva edən qanun layihəsi təklifi ilə bağlı sosial media hesabında paylaşım edib.

Qanunun müddəalarına zidd olaraq (lisenziyasız) silah alan, saxlayan və ya gəzdirən şəxslər iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"Ələ keçirdiyimiz sənədsiz silahların sayı 150 min 765-dir. Lisenziyasız silah alanları, saxlayanları və daşıyanları bir-bir tutur və cinayətkar qruplara qarşı mübarizəmizi davam etdiririk”,- deyə nazir bildirib.

Seçilən
11
turkic.world

1Mənbələr