Bakı. Trend:
ABB müştərilərə milli valyutada sərfəli yığım imkanları təklifedən yeni kampaniya elan edib. Kampaniya müddətində ABB-dəDigiDeposit və ya Klassik əmanət məhsulları üzrə vəsait yerləşdirənmüştərilər 12%-ə qədər faiz qazancı əldə edəcəklər.
Kampaniya şərtləri belədir:
12 ay müddətə yerləşdirilən depozitlər üzrə faizgəlirləri:
- Aylıq ödənildikdə: 10.5%
- Müddətin sonunda ödənildikdə: 11.5%
18 ay müddətə yerləşdirilən depozitlər üzrə faizgəlirləri:
- Aylıq ödənildikdə: 11%
- Müddətin sonunda ödənildikdə: 12%
Kampaniya şərtləri yalnız AZN-lə yerləşdirilən depozitlər üçünkeçərlidir. Kampaniya 15 yanvar 2025-ci ilədək davam edəcək.Sərfəli şərtlərlə əmanətlərinizi artırmaq fürsətini vaxtındadəyərləndirin.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etməkolar.