Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan ABB (Azərbaycan Beynəlxalq Bankı) əmanət faizlərini artırıb. Bank müştərilərə milli valyutada sərfəli yığım imkanları təklif edən yeni kampaniya elan edib.
Kampaniya müddətində ABB-də DigiDeposit və ya Klassik əmanət məhsulları üzrə vəsait yerləşdirən müştərilər 12%-ə qədər faiz qazancı əldə edəcəklər.
Kampaniya şərtləri belədir:
- 12 ay müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirləri:
- Aylıq ödənildikdə: 10.5%
- Müddətin sonunda ödənildikdə: 11.5%
18 ay müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirləri:
- Aylıq ödənildikdə: 11%
- Müddətin sonunda ödənildikdə: 12%
Kampaniya şərtləri yalnız AZN-lə yerləşdirilən depozitlər üçün keçərlidir. Kampaniya 15 yanvar 2025-ci ilədək davam edəcək. Sərfəli şərtlərlə əmanətlərinizi artırmaq fürsətini vaxtında dəyərləndirin.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.