"Dado ilə küsülüyük. Bir aydır onu "qara siyahı"ya atmışam".
Bu sözləri müğənni Natavan Həbibi deyib.
Sənətçi, keçmiş həyat yoldaşı, reper Dado ilə oğlunun münasibətlərindən danışıb:
"Mən özüm atasız böyümüşəm, bilirəm atasızlıq nədir. Oğlumun atası ilə münasibətləri çox yaxşıdır. Ailə quranda düşünürdüm ki, məni Dadodan başqa heç kim yaxşı anlamaz. Təəssüf ki, qismət belə oldu. Amma peşman deyiləm. Nə yaşamışıqsa ona şükür edirəm. Bir ay olar ki, Dado ilə küsülüyük, heç danışmırıq. Onu "qara siyahı"ya atmışam. Özünü yaxşı aparsa, açaram, ona zəng edərəm".