AZ

Paşinyan avropalı müşahidəçiləri Ermənistandan çıxara bilmir



Ermənistanda xeyli müddətdir olan avropalı müşahidəçilərin missiyası başa çatsa da, lakin onların ölkədən çıxarılması hələlik reallaşmır.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, erməni siyasətçi Armen Badalyan bunu Paşinyanın gücsüzlüyü ilə əlaqələndirib. Onun sözlərinə görə, Paşinyan onları kənarlaşdıra bilməz:

"Çünki Paşinyan sayəsində Ermənistan iqtisadiyyatının heç bir sahəsi inkişaf etmir və Ermənistan süni şəkildə Qərb kreditlərinə möhtac qalıb. Paşinyan avropalı müşahidəçiləri Ermənistandan çıxarsa, Avropa da Ermənistana kredit verməyi dayandıracaq".

Badalyan hesab edir ki, bu səbəbdən Avropa İttifaqı müşahidəçilərinin çıxarılması o qədər də asan deyil.

Anar Əliyev
Seçilən
21
newscenter.az

1Mənbələr