AZ

İqlim Dəyişikliyi və Gender Əsaslı Zorakılıq üzrə Yüksək Səviyyəli Panel Müzakirəsi vəBirgə Fəaliyyətə Çağırış

Azərbaycanın təşəbbüsü və BMT-nin Əhali Fondu ilə birgə təşkil olunan “İqlim Dəyişikliyi və Gender Əsaslı Zorakılıq üzrə Yüksək Səviyyəli Panel Müzakirəsi və Birgə Fəaliyyətə Çağırış” adlı tədbir keçirilib.

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova panel çərçivəsində iqlim dəyişikliyi və gender əsaslı zorakılıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparıb.

Panel çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolu, onların qərar qəbuletmə proseslərində iştirakının artırılması və gender bərabərliyinin təmin edilməsi barədə müzakirələr aparılıb. Azərbaycanda bu istiqamətdə atılan addımlar və əldə olunan nailiyyətlər, region üçün müsbət bir nümunə olaraq göstərilə bilər.

Tədbir, yalnız iqlim dəyişikliyi ilə mübarizəni deyil, həm də qadınların təhlükəsizliyinin və bərabərliyinin təmin edilməsini vacib edən bir gündəm ortaya qoyub.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
29
ikisahil.az

1Mənbələr