AZ

Daha iki ölkə “Şenqen”ə qoşulur

Avropa İttifaqı daxilində sərbəst hərəkət təminatı verən “Şenqen” vizasına daha 2 ölkə qoşulacaq. İllərdir Avstriya tərəfindən “veto” alan Ruminya və Bolqarıstan Viyananı razı salmağı bacarıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, yeni üzvlərdən sonra “Şenqen” ölkələrinin sayı 31-ə çatacaq. Bu Buxarest və Sofiya üçün tarixi uğur kimi qiymətləndirilir. 

Qeyd edək Şərqi Avropa yerləşən Ruminya və Bolqarıstan iqtisadi göstəricilərinə görə Qərbi Avropadan geri qalır. Avstriyanın illərdir tətbiq etdiyi “veto”nun səbəbi isə ölkəyə gələcək rumın və bolqar miqrantların çoxalması ilə bağlı idi.

"Cebheinfo.az"

Seçilən
15
2
cebheinfo.az

3Mənbələr