"Arsenal"ın 14 yaşlı istedadı Maks Douman Mikel Artetanın rəhbərliyi altında əsas komanda ilə məşq edir.
Fanat.Az xəbər verir ki, onun bu gün Premyer Liqada "Nottingem Forest"lə qarşılaşmada meydana çıxmaq şansı var.
Gənc vunderkind "Arsenal"ın akademiyasının əsas istedadlarından biri hesab olunur. O, sentyabr ayında UEFA Gənclər Liqasında bir sıra rekordlar qırıb. Yarımmüdafiəçi 2013-cü ildə 15 yaşında olan Kilen Hindsi geridə qoyaraq, bu turnirdə oynayan ən gənc futbolçu olub. Bundan əlavə, Douman bu turnirin tarixində qol vuran ən gənc futbolçu kimi də tarixə düşüb. Məqsədinə çatanda o, 14 yaş 8 ay 19 günlük olub.
Mirağa