AZ

Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNİB-1

Laçında baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub.

APA xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti Laçında qeyd alınmış yeraltı təkanın Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində 3-4 bala qədər hiss olunduğu barədə məlumat yayıb.

***

12.56

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ hiss olunub.

***

12:30

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.

Seçilən
40
3
apa.az

10Mənbələr