AZ

Bu şəxslər güzəştli ipoteka hüququndan MƏHRUM EDİLƏ BİLƏR

Yazını böyüt
Yazını kiçilt

Güzəştli ipotekaya çıxış imkanlarını genişləndirmək mümkündür.

Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, güzəştli ipoteka növü ən cəlbedici ipoteka növüdür:

"Ona çıxış imkanı olan insanların siyahısı məhduddur. Müəyyən və ciddi tələblər var. Yaş məhdudiyyəti qoyulur. Ona görə çox insan bu layihədən faydalana bilmir. Digər səbəblərdən biri də güzəştli ipoteka ilə mənzil alanların bir çoxu ikinci mənzil kimi onu əldə edirlər, həqiqətən mənzilə ehtiyacı olanlar isə kənarda qalır. Bu məsələdə məhdudiyyət tətbiq olunmalıdır. Mənzili olan şəxslərin dövlətin ipoteka hüququndan, yəni güzəştli, adi dövlət vəsaitləri hesabına maliyyələşən ipoteka hüququndan yararlanmaq imkanı məhdudlaşdırılmalıdır. Əksər hallarda bu hüquqdan biznes məqsədləri üçün istifadə edilir. Evi, imkanı olan insanlar ipoteka hüququndan yararlanmaqla əlavə mənzil sahibi olurlar, hətta onu kirayə də verirlər. Kirayədən aldıqları vəsaitlə ipotekanın ödənişini edirlər və sonda isə mənzil sahibi olurlar. Bu, birmənalı şəkildə məhdudlaşdırılmalıdır. İkincisi, burada gəlir məsələsi nəzərə alınmalı, gəliri limitləndirilməlidir. Necə ki, banklar bu gün ipoteka kreditlərinin qaytarılması ilə bağlı kreditin qaytarılması qabiliyyətini ölçür və burada gəlirlə bağlı minimum tələbləri var.

Eyni zamanda, burada gəlirlərin yuxarı həddi müəyyən edilməlidir ki, o səviyyədə gəlirləri olan ailələrin ipoteka hüququndan yararlanmaq imkanı məhdudlaşdırılsın. Məsələn, birinin aylıq əməkhaqqı 2-3 min manatdır, amma ipoteka kreditindən yararlanır. Təbii ki, bu doğru deyil və bunlar məhdudlaşdırılmalıdır. Ola bilsin ki, maliyyə naziri o aspektdən deyir ki, burada vəsaitlər məhduddur, İpoteka Fondunun imkanları geniş deyil, tələb çoxdur, bu şərtlər daxilində mövcud kateqoriyanı genişləndirdikcə daha çox müraciətlər olacaq. Bu da daha çox imtinalara, əlçatanlığın zəifləməsinə gətirib çıxaracaq. Bəlkə də onu düşünərək belə deyib. Ancaq nəzərə almaq lazımdır ki, siyahıya yenidən baxmaqla daha azgəlirli sosial qrupların daxil edilməsi mümkündür. Bu halda daha əlverişli və əlçatan ipoteka siyasətini həyata keçirmək olar”.

Seçilən
7
hafta.az

1Mənbələr