AZ

Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin hərəkətlərindən narazılığını bildirib. Onun sözlərinə görə, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşırdılar.

Qaynarinfo xəbər verir ki, bu barədə Zurabişvili "Arxi Mtavari”yə müsahibəsində bildirib.

"Heç kim müxalifətdən razı deyil - nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazırlaşırdı. Biz xartiyaya (müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə plan-red.) uyğun fəaliyyət planını bilirdik, hansı qanunlar qəbul edilməlidir, növbəti seçkilərə necə çatmalı idik", deyə Zurabişvili bildirib. 

Xatırladaq ki, Gürcüstanda seçkilər oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 89 mandat (53,93%) əldə edən hakim Gürcü Arzusu Partiyası qalib gəlib. Səsvermənin ertəsi günü müxalifət seçkilərdə saxtakarlıq olduğunu elan edib və prezidentin də iştirak etdiyi etiraz aksiyalarına başlayıb. Müxalifət koalisiyaları alternativ parlament yaratmaq niyyətindədir.

Nizami Bağırov
Seçilən
55
45
qaynarinfo.az

10Mənbələr