AZ

“Azərbaycandakı demokratiya və insan haqları haqqında danışmaq Almaniyanın həddi üçün deyil” — Politoloq

“Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 platformasında bu platformanın mahiyyətini və dünya ekologiyasına verə biləcəyi faydaları nəzərə almadan mənasız siyasi açıqlamalar verdi. Hesab edirəm ki, COP29-da Azərbaycandakı demokratiya və insan haqları haqqında hansısa açıqlama vermək Almaniyanın həddi üçün deyil”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib:

“Almaniya bu gün ölkəsindəki insan haqları və demokratiyaya görə üst sıralarda olan ölkə deyil. Dəfələrlə görmüşük ki, Almaniyada fərqli fikirli, ideologiyalı insanların mitinqi alman polisi tərəfindən zorakılıqla dağıdılıb. Almaniyada jurnalistlərin, fikir adamlarının siyasi sistem tərəfindən linç edildiyini hamı yaxşı bilir. Hazırda  Almaniyada radikal sağ təmayüllərin və fikirlərin gücləndiyini müşahidə edirik. Almaniya bütövlükdə Qərbdəki islamafob və türkəfob siyasətdə iştirak etməməlidir.

İnsan haqlarının və demokratiyanın yüksək səviyyədə olmadığı bir ölkənin COP29 tədbirində mahiyyətə uyğun olmayan siyasi açıqlamalar verməsi  təəssüfedici məqamdır. Üstəlik hazırda Azərbaycan -Almaniya münasibətləri inkişaf edir. Bakıda söylənilən fikirlər münasibətlərimizin indiki durumu baxımından da uyğun deyil”.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
22
demokrat.az

1Mənbələr