AZ

Deputat: “COP29 çərçivəsində türkdilli ölkələrin həyata keçirəcəyi layihələr mühüm əhəmiyyət daşıyır”

Türkdilli ölkələr iqlim dəyişikliyi ilə mübarizədə birgə strategiyaların hazırlanmasını təmin edə bilərlər.

Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Millət vəkilinin fikrincə, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladığı strateji tərəfdaşlıq haqqında saziş ölkələrimiz arasında əlaqələri daha da genişləndirəcək, strateji tərəfdaşlığımızı möhkəmləndirəcək: “Hazırda qlobal iqlim böhranının mənfi təsirləri Mərkəzi Asiya regionundan da yan keçmir.

Deputat qeyd edib ki, Qazaxıstan ərazisində Aral gölünün quruması və torpaqların səhralaşma prosesinin sürətlə davam etməsi rəsmi Astananı ciddi şəkildə narahat edir. Eyni zamanda mövcud problemlər qardaş Özbəkistanda da ciddi problemlər yaradır, ölkə aşırı quraqlıqdan əziyyət çəkir. Bütün bunlar həll edilməsi zəruri olan məsələlərdir. Bu səpkidə də ölkələr səylərini birləşdirir. Günay Ağamalı açıqlamasında bildirib ki, bunun əsasında, COP29 çərçivəsində türkdilli ölkələr iqlim dəyişikliyi ilə mübarizədə birgə strategiyaların hazırlanmasını təmin edə bilərlər. Bununla da regionda karbon emissiyalarının azaldılması, təmiz enerji layihələrinin həyata keçirilməsi və ekosistemlərin qorunması mümkün olar. Bu proses enerji keçidi və yaşıl iqtisadiyyat yönündə investisiyaları təşviq edəcək. Çünki bölgənin bərpa olunan enerji potensialı olduqca yüksəkdir və perspektivlər investorlar üçün geniş imkanlar yaradır. Bununla yanaşı, imzalanmış saziş nəticəsində ölkələrimiz iqlim texnologiyaları və innovasiya sahəsində bilik mübadiləsi və təcrübə paylaşımı edəcəklər. Bu daha effektiv iqlim siyasəti və layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

Nəticə etibarilə Azərbaycan COP29 tədbiri ilə türkdilli dövlətlər arasında uzunmüddətli inkişaf və davamlılığın təmin olunmasına mühüm töhfələr verir deyə millət vəkili qeyd edib.

Seçilən
18
xalq.az

1Mənbələr