AZ

Livandakı xəstəxanaların 10%-i fəaliyyətini dayandırıb - ÜST

Livanda hər on xəstəxanadan biri İsraillə şiə Hizbullah hərəkatı arasında gedən döyüşlər səbəbindən bağlanmaq və ya qismən bağlanmaq məcburiyyətində qalıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəliyi məlumat yayıb.

"Bu gün ölkənin səhiyyə sistemi həddindən artıq təzyiq altındadır, 153 xəstəxanadan 15-i ya bağlanıb, ya da qismən işləyir",-məlumatda deyilir.

Sənəddə qeyd olunduğu kimi, vəziyyət regiondan asılı olaraq fərqləndiyindən bəzi ərazilərdə vəziyyət daha ağırdır.

"Livanın səkkiz qubernatorundan biri olan Nabatiyeh xəstəxana çarpayılarının təxminən 40%-ni itirib",- ÜST bildirib.
 
Gülnar


www.anews.az
Seçilən
24
anews.az

1Mənbələr