ABŞ Federal Ehtiyat Sistemi (FED) Amerikanın noyabr ayı üzrə maliyyə sabitliyi hesabatını dərc edib.
Publika.az xəbər verir ki, hesabatda ABŞ-ın maliyyə sabitliyi üçün ən böyük riskin ölkənin maliyyə borclarının davamlılığı olduğu vurğulanıb.
Bildirilib ki, xəzinədarlıq emissiyalarının artırılması özəl investisiyalara mane ola və mümkün iqtisadi tənəzzül zamanı siyasi reaksiyaları məhdudlaşdıra bilər.
Hesabata görə, Yaxın Şərqdəki gərginlik ABŞ-ın maliyyə sabitliyi üçün risklər sırasındadır.
Bundan əlavə, əvvəlki hesabatlarda tez-tez bəhs edilən siyasət qeyri-müəyyənliyinin də risk faktorları arasında olduğu bildirilir.