AZ

Azərbaycan Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir – Deputat

  “Bu ilin ilk 10 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faiz artıb. Həmin dövrdə yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt·st artaraq 3 315,3 mln. kVt·st təşkil edib”.

Referans.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, külək elektrik stansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 515,3 mln. kVt·st enerji istehsal edilib:

“Hədəflər də ölçülə bilən və realdır. 2030-cu ilədək Azərbaycanda ümumi enerji istehlakında yaşıl enerjinin payının 35 faizə çatdırılması və karbon emissiyasının 40 faiz azaldılması nəzərdə tutulur. Son illər alternativ mənbələrdən enerji istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir”./Globalinfo.az  

Seçilən
18
2
referans.az

4Mənbələr