AZ

Livanda xəstəxanalar fəaliyyətini dayandırdı

İsrail ilə "Hizbullah" arasında davam edən hərbi toqquşmalar nəticəsində Livanda bəzi xəstəxanalar tamamilə və ya qismən fəaliyyətini dayandırmağa məcbur olub.

Milli.Az xəbər verir ki,  barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəliyindən məlumat verilib.

Açıqlamada vurğulanıb ki, ölkənin səhiyyə sistemi ciddi təzyiq altındadır. Ümumilikdə 153 xəstəxanadan 15-i ya fəaliyyətini tam dayandırıb, ya da məhdud şəkildə işləyir.

Xüsusilə bəzi bölgələrdə vəziyyət daha kritikdir. ÜST-ün hesabatına görə, Livanın Nabatiyə əyalətində xəstəxana çarpayılarının təxminən 40%-i sıradan çıxıb.

Milli.Az

Seçilən
26
2
milli.az

4Mənbələr