AZ

“8 kiloya qədər olan heyvan salona qəbul edilir”- Təyyarə ilə hansı heyvanlar daşına bilər? - AÇIQLAMA

“Təyyarənin salonuna ev heyvanlarının qəfəsdə keçirilməsinə icazə verilir. Salona adətən ağırlığı 8 kq-a qədər olan heyvan qəbul edilir. O, oturacaq daşıyıcısının içində, oturacağın altında yerləşdirilir.
 
Ekspert İntiqam Yaqubov Moderator.az-a açıqlamasında bildirib ki, heyvanın təyyarə salonunda daşınması əl yükü tarifinə əsasən rəsmiləşdirilir. 
 
“Təbii ki, itdir, pişikdir, təyyarə ilə daşınmağa icazəsi var. Həmin heyvanların sənədləri olur. Bu zaman heyvan sahibi hava limanına yaxınlaşır, orada kliniki yerlər var, həkimlər yoxlayır, orada xüsusi karqo yerləri var ki, heyvan orada daşınır. Əgər siz başqa heyvan aparacaqsızsa, orada avtomatik olaraq təyyarələr var ki, karqo sistemində sırf heyvanlar daşıyır. Bu artıq ev heyvanı sayılmır. Avropadan necə ki, bura zoparka falan gəlir, o artıq bizdən asılı deyil, hava limanında karqo sistemi götürür. Hava limanının içində bir karqo agentliyi var” deyə o bildirib.
 
Ekspert bildirib ki, ev heyvanlarının daşınması üçün sənədlər düzgün olmalıdır.
 
“Heyvanların peyvəndi olmalıdır. Bunun üçün veterinar həkimdən kağız, sənəd alınmalıdır. Sənədlər blank formasında doldurulur. Onu isə normalda baytarlıqdan alırlar. Bu sənəd peyvənddən sonra verilir. Sizin evinizə aid olaraq gedən adamın ad, soyadı, vəsiqəsi götürülür, heyvan onun adına təhkim olunur. Sizin ad, soyadınız, olduğunuz ünvan, gedəcəyiniz ölkələr üçün sənəd verilir. Çəkisi 75 kiloqramdan artıq olan heyvanlar yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir” deyə turizm eksperti bildirib.
Seçilən
32
moderator.az

1Mənbələr