AZ

Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar.

Əsasən, Sarıyer rayonunda Vadi İstanbul Ticarət Mərkəzinin yaxınlığında taksi saxlanılıb. Axtarış zamanı 70 kiloqram qızıl aşkar edilib. Avtomobildə olan Azərbaycan vətəndaşı yükün ona məxsus olduğunu bildirib. Həmçinin diplomat olduğunu deyib.

Prokurorluğun araşdırması davam edir, “Sabah” yazır.

Nəşr "diplomat"ın adını açıqlamır, baş hərflərini yazır - M. Q. Ş.

Azərbaycan Xarici İşlər Nazirliyi vəziyyəti şərh etmir.

Seçilən
18
turan.az

1Mənbələr