AZ

Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb

Türkiyənin maliyyə qurumları Rusiyanın “Gazprombank” bankının “UnionPay” katr sisteminə xidməti dayandırıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, həmin kartlarla bankomatdan pul çıxarmaq mümkün deyil.

Bildirilib ki, oxşar vəziyyət dövlət banklarının, eləcə də Türkiyədəki özəl maliyyə qurumlarının və xarici iştiraklı bankların bankomatlarında da müşahidə olunub. İnformasiyaya əsasən, xidmətdən imtina həm “Gazprombank”ın korporativ kartlarına, həm də “UnionPay” sistemi ilə fərdi kartlara da aiddir.

Məlumata görə, ABŞ-nin Maliyyə Nazirliyi bu il noyabrın 21-də fiziki və hüquqi şəxsin daxil olduğu yeni anti-Rusiya sanksiyalar paketini açıqlayıb. Əvvəllər sanksiyalara məruz qalmayan “Gazprombank”a da məhdudiyyətlər tətbiq edilib.

Daha sonra bank sanksiyaların onun işinə təsir etməyəcəyini açıqlayıb. Bütün bank kartları, o cümlədən xarici ödəniş sistemləri bütün Rusiya ərazisində mağazalarda, eləcə də bankomatlarda işləməyə davam edəcək.

Həmçinin, "UnionPay" kartlarının xaricdə fəaliyyətində çətinliklər aşkarladığı bildirilib və yaxın vaxtlarda alış-verişdə ödəniş etmək üçün nağd pul çıxarmaq tövsiyə olunur.

Seçilən
28
5
far.az

6Mənbələr