Bakı. Trend:
Çinin Sichuan Universitetinin nümayəndə heyətiAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Trend xəbər verir ki, bu barədə UNEC məlumatyayıb.
Bildirilib ki, UNEC-in beynəlxalq əlaqələr vəproqramlar üzrə prorektoru i.f.d. Hüseyn Həsənov çinli nümayəndəheyətinə universitetin strateji hədəflərindən söz açıb. O,qonaqlara UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi, əcnəbitələbələrin universitetə cəlb olunması, fənlərin beynəlxalqakkreditasiyası, xarici universitetlərlə əlaqələringenişləndirilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar vəqarşıda duran vəzifələrdən danışıb.
Sichuan Universitetinin Prezident ofisinin direktormüavini prof. Du Xiao UNEC-də olmaqdan məmnunluğunu ifadə edərək,təmsil etdiyi universitet barədə məlumat verib. O, Azərbaycanuniversitetləri ilə əlaqələrin genişləndirilməsinin qarşılıqlıtəcrübə mübadiləsi və elmi əməkdaşlıq baxımından önəmli olduğunuvurğulayıb.
Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıqistiqamətlərinə dair razılıq əldə olunub.
Müzakirələrdən sonra çinli qonaqlar UNEC-lə tanışolublar. UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev onlarauniversitetdəki rəqəmsal tədris prosesi və imtahanların təşkili,Bloomberg Maliyyə laboratoriyası, distant tədris və s. barədəməlumat verib. Çinli nümayəndə heyəti UNEC-in tədris prosesindətətbiq etdiyi rəqəmsallaşmanı yüksək qiymətləndiriblər.