AZ

“Neftçi”də iş yerini dəyişən məşqçiyə bu ölkədən təklif aldığını AÇIQLADI

2023-cü ilin yayından bəri “Neftçi”də çalışan Sənan Qurbanov ölkə xaricindən dəvət alıb.

Bu haqda Sportinfo.az-a məşqçinin özü məlumat verib.

Bildirdiyinə görə, "East Benqal"dan ona təklif gəlib. Hindistanın yüksək Liqasında çıxış edən klub azərbaycanlı mütəxəssisə mövsümün sonunadək nəzərdə tutulan ilkin müqavilə irəli sürüb.

Hazırda yerli çempionatda 13-cü yerdə gedən "East Benqal" rəhbərliyinin Qurbanovdan istəyi komandanı liqada saxlamaq olub.

Əgər o, bu vəzifənin öhdəsindən gələrsə, 44 yaşlı çalışdırıcı ilə kontraktın müddəti 2 illik uzadılacaq.

"East Benqal" ölkənin aparıcı klublarından biri hesab olunur, 7 oyunçusu Hindistan millisinin şərəfini qoruyur.

Sənan Qurbanov hazırda «Neftçi»nin akademiyasında fəaliyyət göstərir. O, aşağı yaş qrupları ilə əsas komanda arasında əlaqələndirici vəzifəsini yerinə yetirir.

«Qəbələ» və «Şamaxı»nın sabiq sükançısı 2 aydır yeni işinin başındadır. Bundan qabaq isə Adrian Mutu və Miodraq Bojoviçin köməkçisi olaraq Premyer Liqada çalışıb.

Seçilən
15
sportinfo.az

1Mənbələr