AZ

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 milyard manatı ötüb

Bu ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3 faiz artaraq 10192,4 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 7687,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 999,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 104 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Seçilən
23
9
vergiler.az

10Mənbələr