AZ

Merkel Kiyevi danışıqlarda təkbaşına qərar verməməyə çağırıb

"Ukrayna böhranına diplomatik son qoymaq üçün Rusiya ilə danışıqlara başlamaq qərarını təkcə Kiyev verə bilməz". 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

Onun sözlərinə görə, Ukraynanı dəstəkləyən bir çox ölkələr münaqişənin diplomatik yolla həllini müzakirə etməli və Kiyevlə birlikdə qərar verməlidir:

 "Ukrayna münaqişə ilə bağlı təkbaşına qərar verə bilməz. Lakin bu prosesin nə vaxt başlaya biləcəyinə cavab vermək də çətindir".

Gülşən Şərif

Seçilən
17
bakivaxti.az

1Mənbələr