AZ

Türkiyə bankları "Qazprombank" kartlarına xidmət göstərməyi dayandırdı

TASS: Türkiyə bankları UnionPay sisteminin Qazprombank kartlarına xidmət göstərməyi dayandırıb

Türkiyə bankları Rusiyanın "Qazprombank" bankının buraxdığı "UnionPay" bank kartlarına xidmət göstərməyi dayandırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin müxbirləri qeyd ediblər ki, bankomatdan pul çıxarmaq istəyərkən ya texniki xəta ilə bağlı xəbərdarlıq edilir, ya da karta bu bank tərəfindən xidmət göstərilmir. Həmçinin, bəzi bankomatlarda bankın bu kartla əməliyyatlara icazə vermədiyi barədə bildiriş göstərilir.

Bu, dövlət banklarının, eləcə də Türkiyədəki özəl maliyyə qurumlarının və xarici iştiraklı bankların bankomatlarında müşahidə olunur.

Noyabrın 21-də ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək bir sıra hüquqi şəxsləri, o cümlədən "Qazprombank"ı da əhatə edib. Eyni zamanda, ABŞ vətəndaşlarına Rusiya Federasiyasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi fəaliyyəti ilə bağlı maliyyə əməliyyatları aparmağa icazə verilib, əgər əməliyyatlar "Qazprombank"ın və ya onun törəmə müəssisələrinin iştirak payı 50%-dən çox olmasını nəzərdə tutursa.

Paşa Məmmədli

Seçilən
15
1
valyuta.az

2Mənbələr