AZ

Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova


Sima Babayeva  yazır : 
Tibb Universitetinin Onkoloji klinikasına getmişdim. Məni narahat edən problemlə bağlı Aynur Pənahova adlı həkimə yönəltdilər. Dedilər cavan xanımdı. Savadlı mütəxəssisdi... Düzünü desəm, son vaxtlar hər xasiyyətdə, hər bacarıqda həkimlə ünsiyyətdə olmuşam. Tənqidi materiallarım az olmayıb. Bəzi xəstəxanalarda, poliklinikalarda, bəzi tibb işçilərində gördüklərim hərdən səhiyyəmizə inamı azaldır. Amma nə yaxşı ki adamda inam yaradan həkimlər də rastımıza çıxır. Onlardan biri Pənahova Aynur Mahir qızıdır. Həkim xanım Tovuzda anadan olub. Orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Tibb Universitetinin Müalicə- Profilaktika fakultəsinə daxil olub. Prezident təqaüdçüsü olub. .Hazırda ATU-nun Onkologiya kafedrasında müəllim və ATU-nun Onkoloji klinikasında cərrah-ginekoloq vəzifəsində çalışır. Gənc alimdir.
Aynur xanımın otağına yaxınlaşanda gördüm ki, qəbulunda xeyli adam var. İllərdi pasientləri olmuş xanımlar onun necə savadlı olmagı ilə yanaşl gözəl insan olmagından danışırdılar.Şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına onun tərəfindən xüsusi qayğı gördüm. Növbəm çatanda özüm də doktorun savadına və insanlığına əmin oldum. Evə gəlib onun barəsində soraqlaşdım. Hətta doğma yurdu Tovuzdan da onu maraqlandım. Hamı ağız dolusu təriflədi. Dedilər ki, işlədiyi bütün yerlərdə müsbət təəssürat yaradıb. Vaxtaşırı sosial tədbirlərə də qatılır. Vətən müharibəsi şəhidlərinin, qazilərinin ailələrindəki qadınlar üçün xeyriyyə aksiyası təşkil edərək müalicə və müayinələrini təşkil edir.
Bir sözlə, həkim ilk növbədə xeyirxah ruhlu insandır. Bəziləri bunu hərdən unudur. Nə yaxşı ki Aynur Pənahova kimi həkimlərimiz var və varlıqları ilə də bizə pis həkimləri unutdura bilirlər.
NUH.az  

Seçilən
23
nuh.az

1Mənbələr