AZ

Konor Makqreqor cinsi təcavüzdə günahkar bilinib

Dublin məhkəməsi 36 yaşlı keçmiş UFC çempionu Konor Makqreqoru zorlamaqda təqsirli bilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə 2018-ci ilin sonunda baş verib.
 
İddiaçı Nikita Handin sözlərinə görə, o, Makqreqor və Ceyms Lourens tərəfindən cinsi təcavüzə məruz qalıb.
 
Onun sözlərinə görə, o, bu hadisədən əvvəl Makqreqoru tanıyıb və rəfiqəsi ilə birlikdə onunla məclisə gedib. Daha sonra Makqreqor və Lourens onu Dublin otelinə aparıblar və orada qeyri-qanuni maddələr qəbul ediblər. Təcavüz də elə orada baş verib.

Makqreqor iddiaçı ilə cinsi əlaqədə olduğunu inkar etməyib, lakin hər şeyin qarşılıqlı razılıq əsasında olduğunu və qızı onu qəsb etməkdə ittiham edib.
 
Lakin hakimlər ona inanmayıb. Altı saat 10 dəqiqə davam edən müzakirədən sonra onlar Konorun cinayətdə günahkar olduğuna qərar veriblər və indi keçmiş UFC çempionu şikayətçi xanıma 250 min avro ödəməlidir.
 
Açıqlama verən Konor bildirib ki, qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, məhkəmə zamanı Makqreqora nişanlısı Di Devlin dəstək verib. O, 2008-ci ildə Konorla görüşməyə başlayıb. Cütlüyün dörd övladı var. Ən kiçik uşaq ötən ilin dekabrında dünyaya gəlib.
 
Aysel

Seçilən
15
1
azxeber.com

10Mənbələr