“Səbail” Misli Premyer Liqasının 14-cü turunun “Qarabağ”a qarşı keçiriləcək oyununda eyni vaxtda dörd əcnəbi futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
İdmanxeber.az xəbər verir ki, Cavid Hüseynovun paytaxt klubunun sükanı arxasında debüt matçı zədəli Madi Keta, David Qomis, Ayman Buali və Amir Bilalisiz baş tutacaq.
“Səbail” – “Qarabağ” bu gün “ASCOArena” stadionunda keçiriləcək və matça saat 17:00-da start veriləcək.