AZ

Baş nazir bu qərarı ləğv etdi

Nazirlər Kabineti "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası”nın təsdiq edilməsi və “Büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında 28 dekabr 2018-ci il qərarını ləğv edib.

Azreform.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Maliyyə Nazirliyi qərarın tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrə büdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı və monitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işin təşkilinin təmin edilməsi məqsədilə “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ı Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Seçilən
23
29
azreform.info

10Mənbələr