“The Wall Street Journal” (WSJ) strateji sənaye nazirinin müavini Anna Qvozdyara istinadən yazır ki, Ukrayna “birdən çox” ballistik raketin yaradılması üzərində işləyir və belə bir silah istehsal edə bilən “seçilmiş ölkələr qrupuna” qoşulmağa çalışır.
Qeyd olunur ki, Ukrayna bu işlərin təfərrüatlarını gizli saxlayır, lakin rəsmilər yaxın bir neçə gün ərzində bir neçə yeni raketin istifadəyə veriləcəyini bildirir.
Bu arada, Kiyevin müvafiq proqramı maliyyə çatışmazlığı ilə üzləşir və ölkəni bir neçə il Qərb təchizatlarından asılı vəziyyətə salır.
Daha əvvəl bildirilmişdi ki, Kiyev Rusiyanın “Oreşnik” raket hücumlarını dəf etmək üçün ABŞ-dan raket əleyhinə sistemlər tələb edə bilər. Xüsusilə, söhbət Lockheed Martin şirkətinin THAAD zenit-raket kompleksindən gedir.