ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Maliyə Nazirliyinin rəhbərliyinə Skott Bessentin namizədliyini irəli sürüb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın 79-cu maliyyə naziri olacaq Skott bundan öncə mühüm vəzifələrdə çalışıb.
Maliyyə sektorunda çalışan bəzi şəxslər bildrir ki, Skott Bessentinin Donald Trampla olan münasibəti illərə söykənir.
Tramp həmçinin Əmək Nazirliyinin rəhbəri vəzifəsinə Lori Çavez-Deremerin namizədliyini irəli sürüb.
Amerika Futbol Liqasının keçmiş oyunçusu və Trampın Ağ Evdəki keçmiş köməkçilərindən biri olan Skott Turnerin Mənzil və Şəhərsalma üzrə Katib vəzifəsinə namizədliyi irəli sürülüb.
Bundan başqa, Tramp ABŞ Qida və Dərman Administrasiyasının (FDA) rəhbəri vəzifəsinə professor Marti Makarinin, Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin direktoru vəzifəsinə isə Rassel Voutun namizədliyini irəli sürüb.
Ağa Dadaşzadə